Xəbər lenti

Kreml alman zabitlərinin səs yazısının yayılmasına münasibət bildirdi
Dünya 13:50 04.03.2024

Kreml alman zabitlərinin səs yazısının yayılmasına münasibət bildirdi

Kreml alman zabitləri arasında Krım körpüsünə endirilən zərbələri müzakirə edən söhbətin audioyazısının məzmunu ilə tanış ola bilib və bununla bağlı Almaniyanın təşəbbüsü ilə aparılan auditin nəticələrini gözləyir. 

Qaynarinfo xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib.

Xatırladaq ki, martın 1-də "Rossiya Seqodnya” media qrupunun və RT televiziya kanalının baş redaktoru Marqarita Simonyan Almaniya ordusunun yüksək rütbəli zabitləri arasında uzun mənzilli "Taurus” raketlərinin tədarükünü və Ukraynanın Krım körpüsünə potensial hücumunu müzakirə edən söhbətin stenoqramını dərc edib. Daha sonra o, təxminən 40 dəqiqə davam edən söhbətin audio yazısını da yayıb.

Almaniyanın əsas nəşrləri Der Spiegel və Berliner Zeitung yazır ki, səs yazısı çox güman, orijinaldır. Almaniya Müdafiə Nazirliyinin mətbuat xidməti bildirib ki, Federal Hərbi Əks Kəşfiyyat İdarəsi (BAMAD) sızmanın yoxlanılması üçün "bütün lazımi tədbirlərə” başlayıb.

Almaniya kansleri Olaf Şolts mümkün sızıntını "çox ciddi məsələ" adlandırıb və "çox hərtərəfli, çox intensiv və çox sürətli" araşdırmaya söz verib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov dərc olunmuş söhbəti Qərb siyasətçilərinin "hay-küylü özünüifşası” və Almaniyada "müharibə partiyasının” güclü olduğuna dair sübut hesab edib.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->