Kral qvardiyası kraliça II Elizabetin Vestminster zalında tabutunun qarşısında vəzifə yerinə yetirərkən huşunu itirib.
Qaynarinfo xəbər verir ki, video sosial şəbəkələrdə yayılıb.
Hadisə cümə axşamı gecə baş verib.
Kraliçanın tabutu önündə fəxri qarovul dəstəsi gecə-gündüz dayanır. Keşikçilərin dəyişdirilməsi hər altı saatdan bir baş verir.
Britaniya nəşrlərinin yazdığına görə, kraliça ilə vidalaşmaq istəyənlərin növbəsi 16 kilometr uzanıb. Mərhum II Elizabetin tabutunun sentyabrın 19-da dəfn mərasiminə qədər qalacağı Westminster Hall-a daxil olmaq üçün insanlar saatlarla dayanırlar.
Hökumət rəsmiləri kraliçanın məzarı önünə keçmək istəyənlərin dəqiq sayını deyə bilməsələr də, təxminən 750 min insanın gözlənildiyini bildiriblər.
Alpər
Şərhlər