Şotlandiyanın Milli Qeydiyyatlar qurumu Kraliça II Elizabetin ölüm şəhadətnaməsini yayıb.
Qaynarinfo xəbər verir ki, kraliçanın ölüm səbəbi qocalıq olaraq göstərilib. Bildirilib ki, II Elizabet sentyabrın 8-də Şotlandiyanın Balmoral qalasında Britaniya saatı ilə 15:10-da dünyasını dəyişib.
Sənədi kraliçanın qızı, şahzadə Anna imzalayıb.
Şərhlər