Mərhum Britaniya kraliçası II Elizabet həyatının son illərində sümük xərçəngindən əziyyət çəkirdi.
Qaynarinfo "Politico"ya
istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson "Unleashed" kitabına daxil edilmiş xatirələrində yazıb.
Kitab gələn ay işıq üzü görməlidir. Siyasətçinin sözlərinə görə, o, II Elizabetin sümük xərçəngindən əziyyət çəkməsini bir il və ya daha çox müddət əvvəl bilirmiş.
"Bu, ilk dəfədir ki, yüksək səviyyəli Britaniya siyasətçisi Kraliçanın ölüm şəhadətnaməsində rəsmi olaraq "qocalıq" kimi qeyd olunan ölüm səbəbi haqqında danışır. Bu fakt Britaniya ictimai həyatında olduqca qeyri-adi haldır. Kraliçanın səhhəti yaxından izlənilib. Onun hakimiyyəti dövründə gizli saxlanılıb və baş nazirlə monarx arasında görüşlər haqqında məlumat adətən gizli qalıb", deyə "Politico" qeyd edib.
Eyni zamanda, Böyük Britaniyanın keçmiş baş naziri kraliçanın ruhunun "xəstəliyindən tamamilə narahat olmadığını və söhbətləri zamanı gözəlliyinin hələ də parıldadığını" vurğulayıb.
Onun sözlərinə görə, II Elizabet bütün yayboyu onun gedəcəyini bilirmiş, lakin son vəzifəsini yerinə yetirməyə, yəni hakimiyyətin Consondan varisi Liz Trassa ötürülməsi mərasimində iştirak etməyə qərarlı olub.
Qeyd edək ki, Böyük Britaniya kraliçası II Elizabet 8 sentyabr 2022-ci ildə 97 yaşında vəfat edib.
Aydın
Şərhlər