Britaniya kralı III Çarlz BMT-nin iqlim konfransında (COP28) krallığın baş naziri Rişi Sunakın yunanıstanlı həmkarı Kiriakos Mitsotakislə Londonda görüşməkdən imtina etməsi ilə bağlı qalmaqaldan sonra Yunanıstan bayrağının rənglərində qalstuk taxaraq çıxış edib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Sunak Londonu Britaniya Muzeyində saxlanılan Partenon heykəllərini Yunanıstana qaytarmağa çağırdıqdan sonra Mitsotakislə görüşmək istəməyib.
Britaniya Muzeyində nümayiş etdirilən heykəllərin sahibliyi ilə bağlı fikir ayrılığı ölkələr arasında uzun müddətdir davam edən çəkişmələrin mərkəzində dayanır.
Mərhum atası Şahzadə Filipin Yunan kral ailəsində doğulmuş kralın hər hansı açıqlama verməyə çalışıb-çalışmadığı bəlli deyil. Bukingem Sarayının sözçüsü "Bloomberg"ə deyib: "Əlahəzrətin bu gün taxdığı qalstuk sadəcə onun hazırkı kolleksiyasından biridir".
Cənubi Koreya prezidenti Yoon Seok-yeol keçən həftə Londona səfər edərkən də monarx eyni qalstuk taxmışdı. "Greek City Times" qəzetindəki məqaləyə görə, aksessuarı Afina qalstuk istehsalçısı "Pagoni" hazırlayıb.
Aydın
Şərhlər