ABŞ dövlət katibinin müavini Qabriel Eskobar deyib ki, Kosovonun Serbiyanın bir hissəsi olması barədə narrativləri bir kənara qoymağın vaxtı çatıb. Bu dövlətlərlə Avropa regionunun tərkib hissələri kimi danışmaq lazımdır.
Qaynarinfo xəbər verir ki, bu barədə ABŞ rəsmisi N1 telekanalına müsahibəsində
bildirib.
Eskobar və Aİ-nin Qərbi Balkanlar üzrə xüsusi nümayəndəsi Miroslav Layçak Belqradda iki raund danışıqlar aparıblar. Birincisi avqustun 25-i axşam, ikincisi - cümə günü, avqustun 26-na keçən gecə baş tutub, hər ikisi uğursuz başa çatıb.
Dövlət katibinin müavininin sözlərinə görə, ABŞ Kosovo və Serbiya arasında mübahisənin həlli prosesinin Avro-Atlantik birlik üçün böyük əhəmiyyət kəsb etdiyi mesajını vermək istəyir.
"Düşünürəm ki, Kosovonun Serbiya olması ilə bağlı narrativləri unutmalı, Kosovo və Serbiyanın həqiqətən də Avropa olduğu faktına keçməliyik. Buna görə də sizin ümumi gələcəyiniz var”, deyə Eskobar bildirib.
ABŞ-ın xüsusi nümayəndəsinin sözlərinə görə, görüş peşəkar və sakit keçib. O, siyasətçilərin göstərdiyi açıqlıq səviyyəsindən ilhamlanıb.
Eskobar hesab edir ki, Serbiya ilə Kosovo arasında münasibətlər yaxın gələcəkdə yaxşılaşacaq.
Nizami Bağırov
Şərhlər