Xəbər lenti

Kosovo qərarını dəyişdi, Avropa Komissiyası alqışladı
Dünya 09:01 01.08.2022

Kosovo qərarını dəyişdi, Avropa Komissiyası alqışladı

Kosovo Serbiyada verilmiş sənədlərin qadağan edilməsi ilə bağlı proseduru sentyabrın 1-dək təxirə salıb.

Qaynarinfo xəbər verir ki, bu barədə tanınmamış qurumun səlahiyyət orqanları məlumat yayıb.

Avropa Komissiyası Kosovonun bu qərarını alqışlayıb.

Bu sözləri Avropa İttifaqının (Aİ) Balkanlar üzrə xüsusi nümayəndəsi Miroslav Layçak deyib.

Xüsusi nümayəndə Tvitter hesabında qeyd edib ki, Kosovo Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrelin təklifini qəbul edib.

"Borrel Serbiya və Kosovonu dialoqa çağırıb. ABŞ səfirinə də göstərdiyi köməyə görə təşəkkür edirik” – deyə xüsusi nümayəndə bilıdirib.

Layçak qeyd edib ki, indi bütün barrikadalar yığışdırılmalıdır.

Qeyd edək ki, ötən axşam Serbiya və Kosovonun inzibati ərazilərini ayıran xətdə gərginlik yaranıb.

Buna səbəb Kosovonun Serbiya nömrəli avtomobillərə qadağa tətbiq etmək planı olub.

Yaranmış gərginliyə NATO-nun Kosovodakı missiyası (KFOR) da münasibət bildirib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->