Xəbər lenti

Kontorları
Sənət 15:28 19.03.2024

Kontorları "Eurovision 2024"ün yeni qalibini müəyyənləşdirdi

Ən böyük mahnı müsabiqəsi olan "Eurovision 2024" bu ilin may ayında baş tutacaq. Artıq bir çox ölkə öz nümayəndəsini ilə müəyyənləşdirib və eyni zamanda bukmeker kontorunun əmsalları dəyişib.

Qaynarinfo xəbər verir ki, hazırda bukmeker kontorları arasında səsvermədə liderlər Xorvatiyadır. Bu il Xorvatiyanı müğənni Babi Lasaqna "Rim Tim Tagi Dim" mahnısı ilə təmsil edəcək.

Ukrayna ikinci yerdədir. Baxmayaraq ki, əvvəllər uzun müddət birinci yerdə olub. Bukmeker kontorları "Tereza və Mariya" yarışmaya qatılacaq Jerry Heil və Alyona Alyonanın qələbəsini 14% qitmətləndirir.

İlk üçlüyü İtaliya qapayır. "La noia" mahnısı ilə Ancelina Manqonun qalib olmaq şansı 10%-dir.

Dördüncü yerdə İsveçrə təmsilçisi Nemo "The Code" treki ilə yer alıb (9%). Beşinci yerdə Niderland təmsilçisi Joost Klein "Europapa" treki ilə qərarlaşıb (7%).

Qeyd edək ki, Azərbaycanı "Eurovision" mahnı müsabiqəsində Fahree ( Fəxri İsmayıl) və İlkin Dövlətov təmsil edəcək. Onlar "Gəl özünlə apar" adlı mahnını ifa edəcək.

Bu il yarışma İsveçin Malmö şəhərində keçiriləcək. Birinci və ikinci yarımfinallar 7 və 9 may tarixlərində, final isə 11 may 2024-cü ildə planlaşdırılıb. Təmsilçimiz birinci yarımfinalın ikinci hissəsində çıxış edəcək.

Azərbaycan təmsilçisi birinci yarımfinalda Ukrayna, Kipr, Polşa, Serbiya, Litva, Xorvatiya, İrlandiya, Sloveniya, İslandiya, Finlandiya, Portuqaliya, Lüksemburq, Avstraliya, Moldova iştirakçıları ilə yarışacaq.

Aydın


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->