Azərbaycan millisinin futbolçusu Vüsal İsgəndərlinin çıxış etdiyi Albaniyanın "Eqnatiya" klubu UEFA Konfrans Liqasının I təsnifat mərhələsində ilk görüşünü keçirib.
"Report"un məlumatına görə, komanda Ermənistanda "Ararat-Armenia"nın qonağı olub.
İrəvandakı görüş 1:1 hesabı ilə başa çatıb.
Vüsal İsgəndərli 59-cu dəqiqədə meydana çıxıb. 28 yaşlı yarımmüdafiəçi Gutis Paulauskası əvəzləyib.
Qeyd edək ki, tərəflər arasındakı cavab qarşılaşması bir həftə sonra Albaniyada olacaq.
Şərhlər