Müğənni Təranə Qumral həyat yoldaşı Musa Musayevin küsülü olduğu ailəsi ilə bağlı danışıb.
OLAY yazır ki, sənətçi bu barədə "Gül kimi şou” verilişində açıqlama verib. T. Qumral deyib ki, hətta Əməkdar artist Könül Kərimova ilə də münasiblərləri yoxdur:
"Musa qardaşları ilə küsülüdür. Niyaməddin Musayevlə də lazım olanda danışır, lazım olmayanda yox. İndi də danışmırlar. Amma əmisidir. Kim deyə bilər ki, əmisi deyil? Küsülü olma səbəbləri mənəm. İstəmirəm ki, gizlədək, elin gözü tərəzidir. Məni sevmirlər, Musayla danışmırlar. Bizimlə rastlaşanda bir qardaşı yolunu dəyişir. Mənə heç kim maraqlı deyil. Mənim öz yerim var, gedib orada otururam. Kiminsə yerini dar eləmirəm. Yeri dar olan başqa stola keçə bilər. Gedib əyləşirəm, istəyir Könül Kərimova olsun, Cabbar Musayev olsun, ya da Niyaməddin Musayev. Könüllə Cabbar bir yerdədir deyə, münasibət yoxdur. Ona bir pisliyim keçməyib. Əslində belə olmalıdır, onu qınamıram. Çünki bir yerdədirlərsə, o deyəni təsdiq etməlidir, mən deyəni yox. Xalqı aldatmaq olmaz. İnsanlar fikirləşirlər ki, necə olur bir ailədə bu qədər sənətkar var, amma bir araya gəlmirlər. Çox istəyirlər, amma danışmırlar. Uşaqlar da elə bizim kimi”.
Şərhlər