İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) son günlər "Volt Azərbaycan” MMC ilə bağlı yaranmış vəziyyətə dair şirkət rəhbərliyi ilə görüş keçirilib.
Bu barədə Qaynarinfo-ya KOBİA-dan bildirilib.
Görüşdə son bir neçə gün ərzində şirkətlə bağlı yaranmış vəziyyətə dair fikir mübadiləsi aparılıb, məsələyə dair şirkət rəhbərliyinin fikirləri dinlənilib.
Qeyd edilib ki, KOBİA mandatına uyğun olaraq daima sahibkarların yanındadır və onların qanuni maraqlarının müdafiəsi üçün səlahiyyətləri çərçivəsində biznes subyektlərinə dəstək göstərir.
Bildirilir ki, mövcud vəziyyətlə bağlı KOBİA şirkətin qanuni maraqlarının qorunmasına, yaranmış vəziyyətin həllinə dəstək olmağa hazırdır: "Eyni zamanda istehlakçıların hüquqlarının və sağlamlıqlarının qorunması, qida məhsullarının çatdırılmasında iştirak edən şəxslərin maraqlarının təmin olunması məsələlərinin diqqətdə saxlanılması da şirkət rəhbərliyinin diqqətinə çatdırılıb".
Şərhlər