Xəbər lenti

KOBİA  cənub bölgəsinin sahibkar qadınlarına dəstək verib
Ekonomiks 15:37 02.10.2023

KOBİA  cənub bölgəsinin sahibkar qadınlarına dəstək verib

Azərbaycanın cənub zonasında fəaliyyət göstərən sahibkar qadınlarının istehsal etdiyi məhsullar sapla.az internet mağazasında satışa çıxarılır. Bu barədə "Sapla” Akademiyası. Cənub bölgəsində qadın sahibkarların bilik və bacarıqlarının artırılması, onların sahibkarlıq fəaliyyətinə texniki dəstəyin göstərilməsi” layihəsinin rəhbəri, kiçik sahibkar Rəbiyyə Məmmədova məlumat verib. Bildirib ki, layihəyə həmin bölgədə yaşayan 40 nəfərə yaxın qadın cəlb olunub. "Biz əvvəldən planlaşdırdığımız kimi ucqar kəndlərin qadınlarını da layihəyə cəlb edə bildik. Qısa müddətdə gözlədiyimizdən daha yaxşı nəticələr əldə etdik”.

Qeyd eədk ki, layihə bu ilin əvvəlində Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən qiymətləndirilib və qalib layihənin reallaşdırılması üçün maliyyə dəstəyi verilib. Layihəyə bu il aprelin 1-dən start verilib və altı ay ərzində icra edilib.

Layihə çərçivəsində cənub bölgəsindəki rayonlara səfərlər olub. Astara, Lənkəran, Masallı, Cəlilabad və Biləsuvar rayonlarında aparılan tədbirlər nəticəsində qadınlara müxtəlif mövzu və məsələlər üzrə təlimlər keçirilib, onların bilik və bacarıqlarının artırılması yönündə tədbirlər təşkil edilib. 

R.Məmmədova qeyd edib ki, ötən müddət ərzində həmin rayonların  qadın sahibkarlarına "Biznes planının yazılması”, "Digital marketinq”, "Soft skills”, "Sosial sahibkarlıq və onun inkişaf perspektivləri” və "Biznesə başlama, hüquqi və maliyyə xidmətlərinin göstərilməsi” mövzusunda təlimlər keçirilib, onların sahibkarlıq fəaliyyətinə texniki dəstəyin verilməsi, təklif etdikləri məhsul və xidmətlərin satışı üçün internet saytı (sapla.az) hazırlanıb. Hazırda onlayn internet mağaza aktiv fəaliyyət göstərir:

"Layihə sonrası da biz dəstək verdiyimiz 27 xanımla əməkdaşlığımızı davam etdirəcəyik. Bizim hədəflərimiz ölkədən xaricdə məhsullara əcnəbi müştərilər cəlb etməkdir”. 

Layihənin digər mərhələsində məişət zorakılığına məruz qalmış qadınların sosial və işgüzar reabilitasiyasına da töhfə verilib. Belə ki, həssas qrupdan olan xanımlara dərzi kursları təşkil olunub, onlara birbaşa geyim və başqa məhsulların sifarişi üçün şərait yaradılıb,  öz büdcələrini yaratmaq imkanları verilib.

Layihə çərçivəsində həmçinin Lənkəran bölgəsinə edilən səfərlər zamanı həmin rayonların sakinləri olan qadınlarla görüşlər təşkil olunub, onların vəziyyəti də qiymətləndirilib. Xüsusən, sosial  problemləri olan, bir çox məsələdə hüquqi dəstəyə ehtiyacı olan xanımların müraciətləri qeydə alınıb və aidiyyatlı dövlət orqanlarına çatdırıılıb. 

Bu günlərdə yeni yaradılan "sapla.handmade” brendi də təqdim edilib. Yaxın günlərdə  həmin brendin əl işlərindən ibarət məhsulları da satışda olacaq.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->