Türkiyə Mərkəzi Hakim Komitəsinin keçmiş baş katibi Ali Kunak "Ankaragücü"nün prezidenti Faruk Kocanın meydanın ortasında yumruq və təpiklə vurduğu hakim Halil Umut Melerin karyerasını bitirmək qərarına gəldiyini açıqlayıb.
Qaynarinfo-nun məlumatına görə, Kunak bunu Umut Melerlə keçirdiyi görüşdən danışarkən bildirib. O, Melerin "Məndən bu qədər, bitdi" - deyərək hakimliyi tərk etmək qərarına gəldiyini söyləyib.
Ötən gün Türkiyə Superliqasında baş tutan "Ankaragücü" - "Rizespor" matçında meydan sahiblərinin prezidenti Faruk Koca hakimi yumruqla vuraraq ona xəsarət yetirib. Nəticədə gözündən zədələnən hakim xəstəxanaya yerləşdirilib.
Səbuhi Həsənov
Şərhlər