"Liverpul"un baş məşqçisi Yurgen Klopp gələn mövsüm "Barselona"da işləməyəcək.
Qaynarinfo xəbər verir ki, bu barədə "Catalunya Radio"ya istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, 56 yaşlı mütəxəssis "Liverpul"dan ayrıldıqdan sonra məşqçiliyə fasilə vermək istədiyi üçün bu ehtimalı istisna edib. Qeyd olunur ki, nə "Barselona"nın prezidenti Xuan Laportanın zəngi, nə də karyerasını davam etdirmək üçün başqa variantlar onu razı sala bilməz.
Klopp 2015-ci ilin payızından "Liverpul"dadır. Onun rəhbərliyi altında "qırmızılar” İngiltərə Premyer Liqası, Çempionlar Liqası, Klublararası Dünya Çempionatı, Liqa Kuboku, İngiltərə Kuboku və UEFA Super Kubokunun qalibi olub. Premyer Liqanın cari mövsümündə Kloppun yetirmələri 21 oyundan sonra 48 xal toplayıb və turnir cədvəlində birinci yerdədir.
"Barselona"nın hazırkı baş məşqçisi Xavi də Klopp kimi cari mövsüm başa çatdıqdan sonra Kataloniya klubundakı postunu tərk edəcəyini açıqlayıb.
Aydın
Şərhlər