"Kişinin ayağını yuyan qadınlar xöşbəxt qadınlardır”.
Bunu Qaynarinfo-ya açıqlamasında yazıçı Əkrəm Əylisli yazıçı Seyran Səxavətin "Qadınlar işdən sonra ərə qulluq edirlər, özlərinə yazıqları gəlmir” fikirinə münasibət bildirərkən deyib. Əkrəm Əylislinin fikirincə, qadına olan münasibəti xırdalayıb mənasızlaşdırmaq olmaz:
"Kişi yorğun halda işdən qayıdıb, həyat yoldaşı da ona nəvaziş göstərir. Bəs göstərməsin? Mən burada heç nə görmürəm. Qadına məhəbbəti onun şəxsən özü yaradır. Qadın öz mövqeyini özü müəyyənləşdirir. Ləyaqətli, ailəsinə məhəbbəti olan qadın hörməti özü qazanır. Qadın mənim üçün ailənin dirəyidir. Belə bir məsıl var, "Allah yıxan evi qadın tikər”.
Əkrəm Əylisli hesab edir ki, indi ziyalılar da problemləri kənara qoyub unutdurmaq, bu günün dərdlərini yada salmamaq, insanların başını mənasız mövzulara qatmaq üçün belə açıqlamalar verirlər:
"Gündəmə elə mövzular gətirirlər ki, bunları həll eləmək mümkün deyil. Mənim əsərlərimi oxuyanlar bilir ki, əsas obrazlarım qadınlardır. Onları hansı keyfiyyətlərinə görə yazdıqlarımı gözümün qarşısına gətirirəm. Ərlərinə olan sədaqətlərini məsələn. Mən o qadınlardan yazmışam ki, əri müharibədə həlak olub, dözdü, ərinə olan sədaqəti dəyişmədi”.
Qeyd edək ki, yazıçı Seyran Səxavət feministlərin "qadınlarımız azad deyil" fikirlərinə münasibət bildirərkən "Qadın səhər tezdən işə gedib, axşam evə qayıdandan sonra da bişirmək, yumaq, yığışdırmaq, ərə qulluq və s. işləri görür. Bu qadınların özlərinin özlərinə yazıqları gəlmir? Bunlar başa düşmurlər ki, gender bərabərliyini kimsə atıb ortalığa ki, qadın əməyini istismar etsin. Bu gender çıxandan boşanmalar da artdı. Qadınlar da, kişilər də azadlıqdan sui-istifadə edib, hər şey edirlər” deyə bildirib.
Bahar Rüstəmli
Şərhlər