Xəbər lenti

Kim Çen piylənmədən əziyyət çəkir, rəsmilər xaricdə yeni dərmanlar axtarır
Dünya 19:25 01.08.2024

Kim Çen piylənmədən əziyyət çəkir, rəsmilər xaricdə yeni dərmanlar axtarır

Şimali Koreya lideri Kim Çen Inın artıq çəkisi, yüksək qan təzyiqi və diabet kimi piylənmə ilə bağlı sağlamlıq problemləri var. Onun höpkuməti onları müalicə etmək üçün xaricdə yeni dərmanlar axtarırlar.

Qaynarinfo xəbər verir ki, bu barədə Cənubi Koreya kəşfiyyatı parlament hesabatında bildirib.

İçki və siqaretdən istifadə edın 40 yaşlı Kim ürək problemləri olan bir ailədəndir. Onun 2011-ci ildə hakimiyyəti miras almadan əvvəl Şimali Koreyanı idarə edən atası və babası ürək xəstəliklərindən vəfat edib.

Bəzi müşahidəçilər təxminən 170 santimetr boyu və əvvəllər 140 kiloqram çəkisi olan Kimin 2021-ci ildə pəhrizini dəyişdirdiyi üçün çox arıqladığını bildirib. Lakin dövlət mediasının son görüntüləri onun artıq çəkisini bərpa etdiyini göstərir.

Bazar ertəsi Cənubi Koreyanın əsas casus təşkilatı olan Milli Kəşfiyyat Xidməti qanunvericilərə qapalı brifinqdə bildirib ki, Kimin yenidən təxminən 140 kiloqram ağırlığında olduğu və ürək xəstəliyi üçün yüksək risk qrupunda olduğu təxmin edilir. 

Kəşfiyyat rəhbəri millət vəkillərinə Kimin 30 yaşından bəri yüksək təzyiq və diabetdən əziyyət çəkdiyini bildirib. Millət vəkili Park Sunvon Kimin piylənməsinin onun içki içməsi, siqaret çəkməsi və stressi ilə əlaqəli olduğuna inandığını deyib.

Bildirilib ki, Şimali Koreya rəsmiləri Kimin yüksək qan təzyiqi və diabet müalicəsi üçün xaricdən yeni dərmanlar almağa çalışdıqlarına dair kəşfiyyat məlumatı əldə edilib.

Şimali Koreya dünyanın ən məxfi ölkələrindən biridir və kənar adamlar üçün Kimin dəqiq sağlamlıq vəziyyətini bilmək praktiki mümkün deyil. 

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->