Şimali Koreyanın Ukraynaya qarşı müharibədə iştirak etmək üçün Rusiya tərəfinə göndərdiyi hərbçilər arasında çox güman ki, elit xüsusi təyinatlı əsgərlər də var.
Qaynarinfo-nun məlumatına görə, bu barədə bazar ertəsi "Bild"
yazıb.
Nəşr qeyd edib ki, Cənubi Koreya kəşfiyyatının məlumatlarına görə, sentyabrın 8-dən 13-dək Pxenyan Rusiyaya 1500 əsgər göndərib.
Peyklər Rusiya Sakit Okean Donanmasının dörd desant gəmisi və üç freqatını qeydə alıb, həmin gəmilər vasitəsilə Şimali Koreya hərbi qulluqçuları Çonjin və Hamhın limanlarından Vladivostoka gəliblər.
Bundan əlavə, Vladivostok və Pxenyan arasında AN-124 təyyarələrinin uçuşlarının sayı artmağa başlayıb, ehtimal ki, onların göyərtəsində Şimali Koreya hərbçiləri də olub. İndi onlardan ən azı 400 nəfərinin Xabarovsk yaxınlığındakı kazarmalarda təlim keçdiyi bildirilir.
Cənubi Koreya kəşfiyyatının məlumatına görə, onlara saxta sənədlər və Rusiya pasportları verilib, həm də buryatlar və yakutlar kimi maskalanıblar.
Oktyabrın 5-də Şimali Koreya diktatoru Kim Çen In dünyanın ən qəddarlarından biri sayılan Koreya Xalq Ordusunun Qərb dairəsində xüsusi təyinatlılara baş çəkib.
Bild qeyd edir ki, "döyüş qulları” olan bu əsgərlər heç bir xarici təsir olmadan informasiya vakuumunda böyüyüblər.
Görünür, onlar da Rusiya tərəfində döyüşmək üçün Ukraynaya göndəriliblər.
Nizami Bağırov
Şərhlər