Xəbər lenti

Kim bu şərtləri yerinə gətirə biləcəksə...
Siyasət 14:55 11.04.2023

Kim bu şərtləri yerinə gətirə biləcəksə...

"Siyasi partiyalar haqqında" yeni qanunun qəbulundan sonra siyasi partiyaların özlərini buraxması və ya birləşməsi kimi, bir sıra suallarla bağlı iki vacib məqama toxunacağam:

1. 2020-ci il 27 sentyabrda başlanan və zəfərlə bitən Vətən Müharibəsindən sonra Qalib xalqa yeni yanaşma, yeni idarəetmə sistemi, yeni müxalifət lazım idi və biz AY Partiya olaraq, illərdir ki, həyata keçirmək istədiyimiz prosesi başlatdıq. 

Ümumiyyətlə isə siyasi partiyaların qısa və uzunmüddətli fəaliyyət planı və bu planların nəticələri, yəni, hədəfləri olmalıdır. 

Azərbaycan Yüksəliş Partiyanın qısa və uzunmüddətli hədəfləri "İnanın dəyişirik" və "Hürriyyət havasını tənəffüs edək" şüarlarında əks olunub. Daha açıq ifadə etsək, bütün hədəflərimiz bu şüarların ehtiva etdiyi tablonu reallaşdırmağa hesablanıb.

2. Müxalifət partiyasının uğuru daha çox seçkidə qazandığı qələbə ilə xarakterizə olunur. Bu, xalqın, cəmiyyətin yanaşmasıdır və doğru yanaşmadır, lakin ən sonuncu hədəflərdəndir. Çünki bir siyasi partiya siyasi instituta çevrilməlidir, bunun üçün də daha önəmli olan məqam idarəetməyə təsir imkanlarını formalaşdırmaqdır. 

Əsas olan odur ki, biz son dərəcə vacib hesab etdiyimiz strateji məsələləri Azərbaycan siyasi hakimiyyətinin xarici və daxili gündəliyinə daxil edə bilirik. Bu baxımdan hesab edirəm ki, sadaladığım kriteriyalar günümüzün siyasi ab-havasının başlıca şərtlərindəndir. İndi kim bu şərtləri yerinə gətirə biləcəksə, siyasi meydanda duruş gətirə biləcək. Yox, partiya olaraq, özünü buraxırsa, bu da bir siyasi etiraf mədəniyyətidir və buna görə o qurumlara təşəkkür düşür.

Anar Əsədli
Azərbaycan Yüksəliş Partiyasının başqanı

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->