"Kəpəz" klubunun baş məşqçi postuna əsas namizəd müəyyənləşib.
Oxu.Az xəbər verir ki, Gəncə təmsilçisinin rəhbərliyi Azər Bağırovla danışıqlara başlayıb.
40 yaşlı mütəxəssis sonuncu dəfə "Araz-Naxçıvan" klubunu çalışdırıb.
Qeyd edək ki, "Kəpəz" klubunun azarkeşləri isə Tərlan Əhmədovun komandaya başçılıq etməsini istəyirlər.
Xatırladaq ki, "Kəpəz" klubu Adil Şükürovla bu gün yollarını ayırıb.
Şərhlər