Biləsuvar rayonu Xırmandalı kəndi ərazisində "İJ" markalı motosikletini nömrəsiz sürən şəxs həbs edilib.
Qaynarinfo-nun məlumatına görə, 1965-ci il təvəllüdlü Cabbar Səlifov (ad-soyad şərti) 15 aprel 2024-cü il tarixdə, saat 11 radələrində "İJ" markalı motosikletini kənddə idarə edərkən Biləsuvar rayonu, Xırmandalı kəndi ərazisində rayon polis şöbəsinin yol patrul xidməti əməkdaşları tərəfindən saxlanılıb.
Xidmət əməkdaşları motosikleti dövlət qeydiyyat nişanı olmadan idarə etdiyinə görə saxla əmrini verib və həmin şəxs nəqliyyat vasitəsini saxladıqdan sonra sonuncudan sənədləri təqdim etməsini istəyiblər. Lakin şəxs sənədləri təqdim etməkdən imtina edib və polislə mübahisə etməyə başlayıb. Daha sonra isə həmin şəxs idarə etdiyi nəqliyyat vasitəsini aşırdıb və motosikleti yandırmaqla polisi əməkdaşlarına hədə-qorxu gəlib.
Məhkəmənin qərarı ilə Cabbar Səlifov İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib və 15 gün müddətinə həbs edilib.
Əhməd
Şərhlər