Keçmiş Ultimate Fighting Championship (UFC) çempionu Françis Nqannu bildirib ki, o, Tayson Fyuriilə boks matçına görə UFC-dəki bütün karyerasından daha çox qazanacaq.
Qaynarinfo xəbər verir ki, bu barədə "MMA Fighting" məlumat
yayıb.
Fyuri və Nqannunun oktyabrın 28-də Səudiyyə Ərəbistanında döyüşəcəyi gözlənilir. Fyuri artıq WBC-dən bu döyüş üçün icazə alıb. Eyni zamanda, onun ukraynalı Aleksandr Usıkla döyüşü ləğv edilib.
Nqannou martın 27-də Las-Veqasda UFC 260-da Stipe Myoçiçi məğlub etdikdən sonra ağır çəkidə UFC çempionluğunu qazanıb. Onun hesabında 16 qələbə və 3 məğlubiyyət var.
Fyuri karyerasında 31 döyüş keçirib, 30 qələbə qazanıb. Daha bir görüş heç-heçə başa çatıb.
Aydın
Şərhlər