Xəbər lenti

Keçmiş nazir səlahiyyətlərinin icrasını dayandırdı
Siyasət 11:59 09.08.2024

Keçmiş nazir səlahiyyətlərinin icrasını dayandırdı

Növbədənkənar parlament seçkilərində deputatlığa namizəd olan Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru, keçmiş kənd təsərrüfatı naziri Heydər Əsədov səlahiyyətlərinin icrasını müvəqqəti dayandırıb.

Qaynarinfo unikal.az-a istinadən xəbər verir ki, rektor öz hesabına məzuniyyətə çıxıb.

Onun vəzifəsini akademiyanın Elmi işlər və beynəlxalq əlaqələr üzrə prorektoru Vüqar Sadıqov icra edir.

Qeyd edək ki, H.Əsədov YAP-ın 51 saylı Şirvan seçki dairəsindən namizədidir.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->