Xəbər lenti

Keçmiş məmurla agentlik arasında qalmaqal - Sədr niyə işdən çıxarılıb?
Ölkə 17:54 26.02.2024

Keçmiş məmurla agentlik arasında qalmaqal - Sədr niyə işdən çıxarılıb?

Dövlət Məşğulluq Agentliyinin 2 saylı Ərazi Məşğulluq Mərkəzinin rəhbəri Nicat Məhərrəmov işdən çıxarılıb. 

Qaynarinfo xəbər verir ki, o, bu vəzufəyə 2020-ci ildə təyin edilmişdi. Nicat Məhərrəmovun işdən çıxarılmasının səbəbi bəlli deyil. 

Lakin o, rəhbərliyin qərarını qanunsuz hesab edir. Bu baxımdan, işə bərpa və əmək haqqının ödənilməsi tələbi ilə məhkəməyə müraciət edib. 
Birinci instansiya məhkəməsi Nicat Məhərrəmovun iddiasını təmin etməyib. 

O, apellyasiya şikayəti verib. Şikayət Bakı Apellyasiya Məhkəməsində Fərrux Qasımovun sədrlik etdiyi hakimlər kollegiyası tərəfindən baxılacaq. 

Dövlət Məşəulluq Agentliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tabeli strukturdur. Agentliyin İdarə Heyətinin sədri Mustafa Abbasbəylidir. 

Seyid

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->