Estoniyanın baş naziri Kaya Kallas Avropa Liberallar və Demokratlar Alyansı (ALDE) Partiyasından Avropa Komissiyasının (AK) rəhbəri seçilmək üçün namizəd kimi iştirak etmək təklifindən imtina edib.
Qayanrinfo xəbər verir ki, o, bu barədə cümə axşamı keçirdiyi mətbuat konfransında bildirib.
"Mən bu təklif üzərində çox diqqətlə düşünmüşəm, onun müsbət və mənfi tərəfləri var. Lakin mən ALDE rəhbərliyinə bu rolu götürməmək qərarım barədə məlumat verdim", deyə Kallas bildirib.
Kallas izah edib ki, bu qərarın arxasında onun Estoniyanın baş naziri olaraq qalmağa davam etmək istəyi dayanır. Onun sözlərinə görə, bu təklif həm ümumilikdə Estoniya, həm də xüsusilə Estoniya hökuməti üçün böyük bir etimaddır.
Aydın
Şərhlər