Kanada "Şimal axını" turbinlərinə qarşı tətbiq edilən və bu ilin iyulunda ləğv edilən sanksiyaları bərpa edib.
Qaynarinfo xəbər verir ki, bu barədə
Reuters Kanada hakimiyyətinin bəyanatına istinadən məlumat yayıb.
Xarici işlər naziri Melani Coli və Təbii Sərvətlər naziri Conatan Uilkinson bildiriblər ki, ölkə hakimiyyəti "sanksiyaların ləğvi ilə bağlı şəraitin dəyişdiyini” etiraf edir.
"Şimal axını” üçün turbinlərə qoyulan məhdudiyyətlər Almaniya tərəfinin təkidi ilə iyulun əvvəlində müvəqqəti olaraq dayandırılıb. Həmin vaxt qaz kəməri üçün təmir edilmiş bir neçə Siemens turbinləri Kanadanın Monreal şəhərində yerləşirdi, lakin sanksiyalar rejiminə görə Rusiya tərəfinə verilə bilmədi. Nəticədə turbinlər Almaniyaya göndərildi. Lakin "Qazprom” gələcəkdə xarici zavodlarda təmirin mümkünlüyü barədə hüquqi təminat olmadan onları aparmayıb.
Sentyabrın sonunda "Şimal axını” qaz kəmərlərində partlayışlar baş verib. "Şimal axını 1”in hər iki xətti və "Şimal axını 2”nin bir xətti zədələnib.
Partlayışlardan əvvəl də "Şimal axını” ilə təchizat turbinlərə xidmətlə bağlı problemlərə görə dayandırılmışdı. "Şimal axını 2” ondan belə heç işə salınmayıb.
Alpər
Şərhlər