Xəbər lenti

Jurnalist generala səsləndi: “Mahmudovla Qaralovun adını çəkin!”
Ölkə 17:51 27.07.2022

Jurnalist generala səsləndi: “Mahmudovla Qaralovun adını çəkin!”

Bakı Hərbi Məhkəməsində mühakimə olunan ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Baş İstintaq İdarəsinin sabiq rəisi Mövlam Şıxəliyev, nazirliyin şöbə rəisinin müavini olmuş Sahib Ələkbərov və digər vəzifəli şəxslərin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşmaq üzrədir. Sonuncu prosesdə dövlət ittihamçısı təqsirləndirilən şəxslərə cəza istəyib.

Qaynarinfo xəbər verir ki, bu arada jurnalist Pərviz Həşimli mühakimə olunan MTN-çilərə səslənərək onları cəsarət nümayiş etdirərək Eldar Mahmudovla, keçmiş Baş prokuror Zakir Qaralovun adını çəkməyə çağırıb.
 


"Danışın Cənablar!

Son sözünüz olacaq, sizi bu günə gətirib çıxaran Eldar Mahmudovdan, Zakir Qaralovdan danışın!

Aristotel deyirdi ki, insan iradəsinin hakimi vicdanının əsiri olmalıdır.

Mövlam Şıxəliyev, Sahib Ələkbərov da şər işin iştirakçısı kimi günaha bulaşıb.

Qandi hesab edirdi ki, Qanunlara əsaslanan muhakimələrdən, daha büyük bir muhakimə hər kişinin öz vicdanıdır. Ən mükəmməl ədalət vicdandır.

Odur ki, Mövlam Şıxəliyev Sahib Ələkbərov Qandini duysun və böyük günah sahibi kimi öz məhkəməsində əbəs yerə ədalət axtarmasın.

Günahınızı etiraf edib bağışlanmağı dilədiyində ədalət və hüzura qovuşar.

Həm də vicdanınız rahat olar”, - deyə jurnalist bildirib.

Pərviz Həşimli vaxtilə MTN tərəfindən qurama ittihamlarla şərlənərək həbs edilib. 

Seyid

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->