"İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının (JCPOA) bərpası o halda mümkündür ki, yenilənmiş saziş milli nüvə sənayesinin inkişafına təhlükə yaratmasın".
Qaynarinfo İRNA agentliyinə istinadən xəvər verir ki, bunu İranın dini lideri Ayətullah Əli Xamenei deyib.
"Müqavilədə səhv bir şey yoxdur, lakin bu, bizim nüvə sənayemizin infrastrukturuna təsir etməməlidir", deyə Əli Xamenei bildirib.
O, həmçinin qeyd edib ki, Tehran Nüvə Silahlarının Yayılmaması Müqaviləsi çərçivəsində təminatlara dair saziş çərçivəsində Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) ilə əməkdaşlığı davam etdirməlidir.
Bundan əvvəl İranın BMT-dəki missiyası Tehran və Vaşinqtonun Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) əvəzinə müvəqqəti razılaşmaya yaxınlaşması barədə mətbuatda yayılan xəbərləri təkzib edərək, belə bir məsələnin gündəmdə olmadığını vurğulayıb.
2015-ci ildə Böyük Britaniya, Almaniya, Çin, Rusiya, ABŞ, Fransa və İran nüvə sazişi - İranın nüvə proqramını məhdudlaşdırmaq müqabilində sanksiyaların ləğvini nəzərdə tutan Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) imzalayıblar. 2018-ci ilin may ayında ABŞ prezident Donald Trampın rəhbərliyi altında JCPOA-dan çıxıb və Tehrana qarşı sanksiyaları bərpa edib. Buna cavab olaraq İran nüvə tədqiqatları, sentrifuqalar və uranın zənginləşdirilməsi səviyyəsinə qoyulan məhdudiyyətlərdən imtina edərək, saziş üzrə öhdəliklərinin mərhələli şəkildə azaldılmasını elan edib.
JCPOA-nın yenilənməsi və Vaşinqtonun Tehrana qarşı sanksiyalarının ləğvi üçün Vyanada danışıqlar aparılıb. 2021-ci ilin dekabrında tərəflər Avropa tərəfinin İranın mövqelərinin yer aldığı iki saziş layihəsi üzrə razılığa gəliblər. İranın sözçüsü Baqeri Kyani danışıqların yaxşı getdiyini deyib, lakin ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays Vyanada irəliləyişi "təvazökar" kimi qiymətləndirib və Tehranı məsələyə ciddi yanaşmağa çağırıb.
Aydın
Şərhlər