Xəbər lenti

İtaliyada keçirilən seçkilərdə Meloninin partiyası inamla qalib gəldi
Dünya 11:32 10.06.2024

İtaliyada keçirilən seçkilərdə Meloninin partiyası inamla qalib gəldi

İtaliyanın baş naziri Corciya Meloninin mühafizəkar partiyası "İtaliya qardaşları” Avropa Parlamentinə keçirilən seçkilərdə qalib gəlib.
 
Qaynarinfo xəbər verir ki, bu barədə İtaliyanın ANSA agentliyi məlumat yayıb.
 
"İtaliya qardaşları” seçicilərin 28,81%-nin dəstəyini qazanaraq Meloninin həm ölkə daxilində, həm də Avropa İttifaqının ən nüfuzlu fiqurlarından biri kimi mövqeyini gücləndirib. Mərkəz-sol müxalif Demokrat Partiyası (PD) 24,03% səs toplayıb, 2019-cu il seçkiləri ilə müqayisədə təxminən səkkiz faiz bəndi azalaraq 9,97% dəstək alan populist "Beş ulduz hərəkatı” ikinci yerdədir.
 
Meloninin koalisiya tərəfdaşları "İrəli İtaliya” və avroskeptik Matteo Salvininin rəhbərlik etdiyi ifrat sağçı "Liqa” partiyası zəif nəticə göstərib. edib. "Liqa” 9,09% səs toplayıb ki, bu da 2019-cu ildəki 34,3% nəticədən kəskin fərqlənir. "İrəli, İtaliya”  9,7% səsə malikdir. Güclü daxili nəticələrdən sonra  Meloninin mövqeyi Avropa Parlamentində alyanslarla bağlı qərarların qəbulunda, həmçinin Avropa Komissiyasına ikinci müddətə başçılıq etmək istəyən Ursula fon der Lyayenin səsverməsində əsas rol oynayacaq. 

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->