Xəbər lenti

İtaliyada daha üç klubun ofisində axtarışlar aparıldı
İdman 11:29 06.04.2023

İtaliyada daha üç klubun ofisində axtarışlar aparıldı

İtaliya Maliyyə Polisi (Guardia di Finanza) A Seriyası komandaları "Roma”, "Latsio” və "Salernitana”nın baş ofislərində axtarış aparıb.

Qaynarinfo xəbər verir ki, bu barədə ölkənin aparıcı idman qəzetlərindən olan "Corriere dello Sport” məlumat yayıb.
 
Paytaxt Romanın Baş Prokurorluğunun apardığı araşdırma çərçivəsində maliyyə polisi qrupları "Roma”, "Latsio” və "Salernitana”nın ofislərində axtarışlar aparıb. Axtarışlara səbəb kimi sözügedən klubların 2017-2021-ci illər aralığında həyata keçirdiyi transferlər göstərilib. Ancaq hansı transferlərdən söhbət getdiyi açıqlanmayıb. 

Bu arada "Salernitana" klubun ofisində axtarış aparıldığını təsdiqləyib. Ancaq bunun indiki institusional strukturunun deyil, sahib dəyişikliyinə qədərki dövrə aid və məhkəmə sistemi ilə əməkdaşlığa açıq olduqları bildirilib.

2021-ci ildə Turin şəhərinin Baş Prokurorluğunun "Yuventus"a qarşı başlatdığı "Prisma" araşdırması çərçivəsində "ağ-qaralar"ın Turin, Milan və Romadakı binalarında müxtəlif vaxtlarda axtarışlar aparılmışdı. İstintaqın nəticələrinə uyğun olaraq, İtaliya Futbol Federasiyası tərəfindən mövsümün ortasında "Yuventus"un A Seriyasında 15 xalı silinmişdi. Bu proses və hökmə etirazlarını bildirən "Yuventus"a qarşı məhkəmə prosesi davam edir.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->