Xəbər lenti

İtaliya klubu öz azarkeşinə ömürlük qadağa qoydu
İdman 12:49 23.01.2024

İtaliya klubu öz azarkeşinə ömürlük qadağa qoydu

İtaliya A Seriyası klubu "Udineze” "Milan”la oyunda rəqib qapıçı Mayk Maiqnana qarşı irqçi təhqirlərə yol verən azarkeşi futboldan ömürlük uzaqlaşdırıb. 

Qaynarinfo-nun məlumatına görə, 21-ci tur çərçivəsində baş tutan görüşün 33-cü dəqiqəsində "Udineze”azarkeşinin "Milan”ın qapıçısına qarşı səsləndirdiyi irqçi təhqirlər səbəbindən oyun dayandırılıb. Fransız futbolçu əlcəklərini çıxararaq tribunaya tərəf yollansa da, tezliklə geri qayıdıb. Matçdan sonra azarkeşləri tənqid edən Mayqnan, həmçinin "Udineze”ni irqçiliyin təbliğatında günahlandırıb. 

Klubdan verilən açıqlamada, yerli polisin Udineze stadionundakı kameralarının köməyi ilə Mayqnana qarşı irqi ayrı-seçkilik edən şəxsi müəyyənləşdirdiyi və onun "Udineze”nin matçlarına gəlməsinə ömürlük qadağa qoyulub. 

Görüş "Milan”ın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->