Dağıstanda baş verən hadisələri və Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırovun reaksiyasını nəzərə alsaq, Rusiya rəsmilərini çox güman ki, regionlara nəzarətin zəifləməsi narahat edir.
Qaynarinfo xəbər verir ki, bu barədə Müharibə Təhqiqi İnstitutunun (ISW) yeni hesabatında
deyilir.
Təhlilçilərin fikrincə, Çeçenistanın rəhbəri Ramzan Kadırovun oktyabrın 29-da Dağıstanda baş vermiş antisemit iğtişaşlara reaksiyası göstərir ki, Rusiya rəsmiləri ölkənin periferiyasında yerləşən regionlarda avtoritar nəzarətin zəifləməsindən getdikcə daha çox narahat ola bilər.
Kadırov Dağıstandakı iğtişaşlara cavab olaraq Rusiya prezidenti Vladimir Putinin Qərbin Rusiyada sabitliyi pozma cəhdlərinə dair ittihamlarını dəstəkləyib.
Kadırov daha sonra Çeçenistan təhlükəsizlik qüvvələrini Çeçenistanda baş verə biləcək istənilən iğtişaşın təhrikçilərini dərhal saxlamağa və ya "havaya üç xəbərdarlıq atəşi açmağa, bundan sonra isə dördüncünü alnına vurmağa” çağırıb.
Ekspertlərin fikrincə, Kadırovun Dağıstandakı iğtişaşlara reaksiyası onu deməyə əsas verir ki, o, ilk növbədə Putinə sarsılmaz dəstəyi saxlamaqdan narahatdır və ikincisi, gələcək potensial iğtişaşlara zorakılıqla cavab verməklə hədələməklə Çeçenistandakı avtoritar hakimiyyətinin gücünü nümayiş etdirir.
Nizami Bağırov
Şərhlər