Xəbər lenti

İsveçdə vikinqlərin böyük dəfn yeri tapıldı
Dünya 17:36 31.10.2024

İsveçdə vikinqlərin böyük dəfn yeri tapıldı

İsveç Milli Arxeologiya Muzeyinin arxeoloqlarından ibarət qrup ölkənin cənub-qərbindəki Tvoker kəndi yaxınlığında Vikinqlər dövrünə aid nəhəng dəfn yeri aşkar ediblər. 

Qaynarinfo xəbər verir ki, bu barədə İsveçin "Arkeologerna" arxeoloji cəmiyyətinin portalında məlumat verilib.

Qazıntılar zamanı alimlər 139 qəbir, o cümlədən gəmi formasında olan bir neçə kurqan aşkar ediblər. Mütəxəssislər vurğulayıblar ki, bu günə qədər onlar məzar kompleksinin yalnız 6 faizini öyrənə biliblər.

Komandanın arxeoloji tapıntılarına insan və heyvan sümükləri, metal aksesuarlar və keramika qablar, ox ucları və ayrı-ayrı kurqanların ətrafında gəmi formalı strukturlar əmələ gətirən iri daşlar daxildir.

Alimlərin fikrincə, dəfn yerlərindən biri xüsusilə yaxşı təchiz olunub. İçərisində odunun izləri və qurbanlıq heyvanların sümükləri var. Eyni zamanda, kremasiya zamanı bir çox artefaktlara ciddi ziyan dəyib.

Vikinqlərin dəfn yerinin dəqiq yaşı hələ müəyyən edilməyib, lakin komanda onun eramızın 8-ci və 9-cu əsrlərinin əvvəllərinə aid olduğunu ehtimal edir. Bu vaxtı qazıntılar zamanı tapılmış gümüş sikkə parçası göstərir.

Aydın





Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->