İsveç ölkənin yeni milli təhlükəsizlik strategiyasında Rusiyanı ən böyük təhlükə kimi müəyyənləşdirib.
Qaynarinfo xəbər verir ki, bu barədə SVT telekanalı məlumat
yayıb.
Hökumət qeyd edib ki, təhlükəsizlik vəziyyətini II Dünya müharibəsinin bitməsindən sonra İsveç üçün ən narahatedici vəziyyət hesab edirlər.
"Rusiya milli təhlükəsizliyimiz üçün ən böyük və ən ciddi təhdiddir", deyə müdafiə naziri Paul Yohnson bildirib.
Bundan əlavə, Çin, Şimali Koreya, İran və onların əməkdaşlığı İsveç üçün təhdidlər olaraq təyin olunur. H
Yonson bildirib ki, Pekinin ölkənin təhlükəsizliyi və rəqabət qabiliyyətinə təsir edəcək kiber imkanları inkişaf etdirmək ambisiyaları var. Bundan əlavə, Çin Ukraynadakı münaqişədə Rusiyanı dəstəkləyir.
Aydın
Şərhlər