Xəbər lenti

İsveç Ukraynaya 400 milyonluq yeni hərbi yardım paketi elan etdi
Dünya 18:00 09.09.2024

İsveç Ukraynaya 400 milyonluq yeni hərbi yardım paketi elan etdi

Bazar ertəsi, sentyabrın 9-da İsveç hökuməti Ukraynaya yeni hərbi yardım paketini açıqlayıb. Onun dəyəri 4,6 milyard İsveç kronu (təxminən 400 milyon avro) təşkil edir.

Qaynarinfo xəbər verir ki, bu barədə İsveç hökumətinin mətbuat xidməti məlumat yayıb.

İsveç hökumətinin mətbuat xidməti qeyd edib ki, yeni hərbi yardım paketi "Ukraynanın ən yüksək prioritet hərbi ehtiyaclarını ödəmək” və gələcək fəaliyyətlər üçün imkanlar yaratmaq məqsədi daşıyır. Buraya avadanlıq ianələri, birbaşa satınalmalar, avadanlıq dəstləri və maliyyə yardımı daxildir.

17-ci paketin bir hissəsi olaraq, İsveç hərbi dəstəyin yeni mərhələsinə keçir və ianələrdən daha çox satınalmaya diqqət yetirir. Paketə ümumi dəyəri təxminən 600 milyon İsveç kronu (təxminən 52 milyon avro) olan prioritet avadanlıqların alınması üçün üç böyük müqavilə daxildir.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->