İsrail Hərbi Hava Qüvvələri oktyabrın 3-ü axşam saatlarında Beyrutun cənub ətrafına zərbələr endirib. Hücumun hədəfi "Hizbullah" hərəkatının mərhum baş katibi Nəsrullahın varisi adlandırılan Haşim Səfiəddin ola bilərdi.
Qaynarinfo xəbər verir ki, bu barədə X sosial şəbəkəsində İsrail mənbələrinə istinadən ABŞ-ın "Axios” portalının jurnalisti Barak Ravid məlumat verib.
Oxşar məlumatı Səudiyyə Ərəbistanının "Al Hadath” telekanalı da
yayıb.
Səfiəddinin taleyi ilə bağlı hələ heç nə məlum deyil.
Xatırladaq ki, "Hizbullah”ın baş katibi Həsən Nəsrullah sentyabrın 27-də İsrailin endirdiyi zərbə nəticəsində öldürülüb. O, 1992-ci ildən hərəkata rəhbərlik edib. İsrailin baş naziri Benyamin Netanyahu onun qətlini Yaxın Şərqdə qüvvələr balansını dəyişdirmək üçün şərt adlandırıb. "Əl-Ərəbiyyə” yazıb ki, Haşim Səfiəddin hərəkatın yeni baş katibi seçilib, lakin Hizbullah onun təyinatını təsdiqləməyib.
Nizami Bağırov
Şərhlər