Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanın İsraildə (Təl-Əviv şəhərində) səfirliyinin fəaliyyətinin təmin edilməsi haqqında sərəncam imzalayıb.
Qaynarinfo xəbər verir ki, sərəncama əsasən, Nazirlər Kabineti Azərbaycan Respublikasının İsrail Dövlətində (Təl-Əviv şəhərində) səfirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı maddi-texniki təchizat və maliyyələşdirilmə məsələlərini həll etməlidir.
İlham Əliyev həmçinin Albaniyada (Tirana şəhərində) və Keniyada (Nayrobi şəhərində) Azərbaycan səfirliyinin səfirliyinin, Fələstin Dövlətində (Ramallah şəhərində) Təmsilçilik Ofisinin və BMT-nin Nayrobi şəhərindəki bölməsində Daimi Nümayəndəliyinin təsis edilməsi haqqında sərəncam imzalayıb.
Şərhlər