Xəbər lenti

Ölkə 12:42 20.05.2024

"İşdən öz ərizəmlə çıxmışam" - Keçmiş rəisdən açıqlama

Penitensiar Xidmətin 7 saylı cəzaçəkmə müəssisəsinin keçmiş rəisi Rasim Bayramov fəaliyyətində yol verdiyi nöqsanlara görə işdən çıxarılmayıb. 

Bu barədə Qaynarinfo-ya keçmiş rəisin özü bildirib. 

Onun sözlərinə görə, işdən çıxması öz xahişi ilə olub. "Mən fəaliyyətimdə nöqsana yol verməmişəm və işdən çıxmağım da buna görə deyil. Sadəcə ərizə yazaraq işdən çıxarılmağımı xahiş etmişəm. Ərizəni könüllü, öz istəyimlə yazmışam. Buna görə mənə təzyiq olmayıb", deyə Rasim Bayramov qeyd edib.

Keçmiş rəisi Ədliyyə Nazirliyi və qurumun Baş İcra İdarəsini məhkəməyə verməsi barədə məlumata da toxunub: 

"Mən heç bir qurumu məhkəməyə verməmişəm. Nə Ədliyyə Nazirliyi, nə də digər qurumlarla heç bir problemim yoxdur. Bir daha qeyd edirəm ki, öz ərizəmlə işdən çıxmışam".

Xatırladaq ki, yayılan məlumatlara görə, Rasim Bayramov fəaliyyətində yol verdiyi nöqsanlara görə işdən çıxarılıb. Məlumatlarda onun Ədliyyə Nazirliyini və Baş İcra İdarəsini məhkəməyə verdiyi də bildirilirdi. 

Seyid

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->