Xəbər lenti

İrlandiyanın əsas partiyası İsrail səfirinin ölkədən qovulmasını tələb edir
Dünya 11:15 04.11.2023

İrlandiyanın əsas partiyası İsrail səfirinin ölkədən qovulmasını tələb edir

İrlandiyanın ən populyar partiyası "Şin Feyn” İsrail və HƏMAS hərəkatı arasında atəşkəslə bağlı razılaşma əldə olunan qədər İsrail səfiri Dana Erlixin ölkədən qovulmasını istəyib.

Bu barədə Qaynarinfo BBC-yə istinadən xəbər verir.

"Şin Feyn”in lideri Meri Lu Makdonald bildirib ki, humanitar böhran dərinləşdiyindən İsrailin Qəzzada atəşkəsdən imtina etməsi "İrlandiyada nəticələrə səbəb olmalıdır".

"Biz hesab edirik ki, İrlandiyanın baş naziri və hökuməti öz qiymətləndirmələrinin məntiqinə əməl etməlidirlər, yəni İsrail təkcə özünümüdafiə üçün hərəkət etmir, günahsız mülki şəxsləri kollektiv cəzalandırır”, - deyə siyasətçi bildirib.

Nəticədə, o, atəşkəs elan olunana qədər İsrail səfiri Dana Erlixin "artıq İrlandiyada diplomatik statusa malik olmamalı olduğunu" deyib.

"Şin Feyn” daha kiçik solçu müxalifət partiyalarının Qəzza zolağının bombalanması və blokadasına görə İsrailə qarşı diplomatik sanksiyalar tələb etmək çağırışlarına qoşulub.

Keçən həftə İrlandiyanın baş naziri Leo Varadkar bildirib ki, o, səfiri ölkədən çıxarmaq fikrində deyil, çünki "açıq ünsiyyət xətti" olması vacibdir.

Cümə günü Cənubi Koreyaya səfəri zamanı jurnalistlərə açıqlama verən Varadkar bildirib ki, Qəzzada baş verənlər təkcə İsrail tərəfindən özünümüdafiə deyil, "daha çox qisas almağa bənzəyir”.

İrlandiya ənənəvi olaraq Qərbi Avropada İsrailin fələstinlilərə qarşı siyasətinin ən sərt tənqidçilərindən biri olub.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->