Xəbər lenti

İrlandiya polisi Makqreqoru etnik ədavəti qızışdırmaqda ittiham edir
Dünya 13:26 27.11.2023

İrlandiya polisi Makqreqoru etnik ədavəti qızışdırmaqda ittiham edir

İrlandiyada yerli polis keçmiş Ultimate Fighting Championship (UFC) çempionu Konor Makqreqora qarşı etnik ədavəti qızışdırmaqda şübhəli bilinərək istintaqa başlayıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə "The Telegraph" məlumat yayıb.

Makqreqor əvvəllər ölkədəki iğtişaşlardan danışaraq sosial şəbəkələrdə yazıb ki, hökumət "İrlandiyanın təhlükəsizliyini təmin etməsə", bunu özü edəcək.

İrlandiya polisi keçmiş UFC çempionuna qarşı nifrət yaymaq ittihamı ilə istintaqa başlayıb. 

Qeyd edək ki, noyabrın 23-də Dublində bıçaqla silahlanmış Əlcəzair vətəndaşı olan şəxs yoldan keçənlərə hücum edərək beş nəfəri yaralayıb. Bundan sonra Konor İrlandiya hökumətini və immiqrasiya siyasətini tənqid edib.

34 yaşlı Makqreqorun son döyüşü UFC 264-də amerikalı Dastin Puarye ilə olub. Görüş birinci raundda başa çatıb və nəticədə irlandiyalının ayağı sınıb.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->