İranda "WhatsApp" və "Instagram" filtrlərinin olması ehtimalı var.
Qaynarinfo "İranintl" saytına istinadın xəbər verir ki, bu barədə İran məclisinin millət vəkili Qulamrza Nuri
deyib.
Millət vəkili Qulamrza Nuri bildirib ki, "WhatsApp" və "Instagram" kimi geniş istifadə olunan bütün kiberməkan alətlərinin filtrasiyası həyata keçirilə bilər.
O, hökumətin kiberməkan mühafizə planı adı altında kiberməkan şəbəkələrini süzgəcdən keçirməkdə ciddi qərarlı olduğunu ifadə edərək, əlavə edib ki, "dövlətin kiberməkan planının taleyi qeyri-müəyyəndir və bizə məlum deyil, çünki o, artıq şəffaf və hesabatlı deyil, lakin ümid edirik ki, onlar (hökumət) bunu etməyəcək”.
Qeyd edilir ki, hazırda İranda "Telegram", "Facebook" və "Twitter" filtrdən keçir.
Aydın
Şərhlər