Xəbər lenti

İrana görə, Ermənistana olar, Azərbaycana yox... - Tehranın ikili standartı
Siyasət 14:31 22.06.2023

İrana görə, Ermənistana olar, Azərbaycana yox... - Tehranın ikili standartı

"İran Azərbaycanın güclənməsini istəmir. Tehran rejimi qorxur ki, Azərbaycan cazibə mərkəzinə çevrilə bilər”.

Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu İranın Azərbaycanda olmayan Amerika və İsrail obyektlərinə etiraz etməsi fonunda, Ermənistanda Amerika və İsrailin tikdiyi zavodlara etiraz etməməsinin səbəblərindən danışarkən deyib.

Deputat bildirib ki, Tehran İrandakı azərbaycanlıların müqavimətini qırmaq üçün Azərbaycanı gah sionizimdə, gah da Amerika ilə əməkdaşlıqda ittiham edir:



"Tehran hesab edir ki, Azərbaycan güclü olarsa, İranın uzun illər əsarətdə saxladığı 30 milyondan çox azərbaycanlının hüquq və haqlarının qorunmasını tələb edə bilər. Ona görə də müxtəlif bəhanələrlə İran azərbaycanlılara qarşı etnik assimilyasiya siyasəti həyata keçirir. Türk dilində danışan İran əhalisinin mədəniyyətini məhv etməyə çalışır. Tehran İrandakı azərbaycanlıların müqavimətini qırmaq üçün Azərbaycanı gah sionizimdə, gah da Amerika ilə əməkdaşlıqda ittiham edir. Başqa bir tərəfdən də, Ermənistana silah göndərir. 

İran İslama münasibətdə səmimidirsə, Araz çayı sahilində ABŞ-la Ermənistanın birgə inşa etdiyi obyektə etiraz etsin. Amma bu məsələdə Tehran susur. İranın məqsədi orada yaşayan 30 milyondan çox azərbaycanlını vətənsizləşdirmək, millətsizləşdirmək və fars şovinizminin qurbanına çevirməkdir”. 

Deputat  qeyd edir ki, Tehran bu məqsədini həyata keçirməkdə Azərbaycan dövlətini özünə ciddi maneə kimi görür: 

"Bakını siyasi baxımdan şantaj etmək üçün Azərbaycanı yəhudi və ABŞ dostu kimi təqdim etməklə İran ictimai rəyində gözdən salmağa çalışır. Amma əslində İslam, türk və  Azərbaycan düşmənçiliyi elə İranın həyata keçirdiyi siyasətin mərkəzində durur”. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->