İordaniya ABŞ prezidenti Co Bayden ilə İordaniya, Misir və Fələstin Administrasiyası liderləri arasında çərşənbə günü keçirilməsi planlaşdırılan sammitini Qəzzada yüzlərlə insanın ölümünə səbəb olan xəstəxanada partlayışdan sonra ləğv edib.
Qaynarinfo CNN-ə istinadən xəbər verir ki, bu barədə İordaniyanın xarici işlər naziri Əl-Cəzirə telekanalına
bildirib.
"İndi bu müharibəni dayandırmaqdan başqa nəsə etmənin mənası yoxdur. İndiki vaxtda sammit keçirməyin heç kimə xeyri yoxdur”, - iordaniyalı nazir bildirib.
Xatırladaq ki, Bayden bir gün əvvəl Tel-Əvivə səfərindən sonra çərşənbə günü İordaniyanın Əmman şəhərinə səfər etməyi planlaşdırırdı. Ağ Ev sözçüsü Baydenin İordaniyaya getməyəcəyini bildirib.
İordaniyanın ABŞ-dakı səfiri Dina Kavar da CNN-ə bildirib ki, sammit ləğv olunub.
Daha əvvəl Fələstin Administrasiyasının rəhbəri Mahmud Abbas Qəzza zolağında xəstəxanaya edilən hücuma görə ABŞ prezidenti Co Bayden və digər Yaxın Şərq liderləri ilə planlaşdırılan görüşdə iştirakını ləğv edib.
Qeyd edək ki, Fələstin rəsmiləri xəstəxanada baş verən partlayışda İsraili günahlandırır, İsrail rəsmiləri isə İslami Cihad tərəfindən atılan raketin günahkar olduğunu bildirir.
Nizami Bağırov
Şərhlər