Xəbər lenti

İdman 23:17 23.10.2023

"İnter Mayami" oyunçuları Messi ilə ünsiyyət qurmaq üçün ispan dilini öyrənir

ABŞ-ın "İnter Mayami" klubunun futbolçusu Edison Azkona bildirib ki, komandanın futbolçuları Lionel Messi ilə ünsiyyət qurmaq üçün ispan dilini öyrənirlər.

Qaynarinfo bu barədə "Infobae" portalına istinadən xəbər verir.

"Leonun ingiliscə danışdığını eşitməmişəm. Bəzən "sabahınız xeyir" deyir. Ancaq komandada ingiliscə danışan və ispan dilini bilməyənlər indi ispan dilini öyrənirlər”, deyə Azkona bildirib.

2023-cü ilin yayında Messi PSJ-dən "İnter Mayami"yə keçib. Avqustun 20-də argentinalı Amerikada ilk kubokunu qazanıb. Oktyabrın 8-də "İnter Mayami” MLS-in adi mövsümünün matçında "Cincinnati”yə uduzub və turnir cədvəlinin sondan əvvəlki pilləsini tutaraq, pley-off mərhələsinə çıxmaq şanslarını ititib.

Aydın


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->