Haqq Ədalət Partiyasının (HƏP) qeydiyyatı ilə bağlı bütün sənədlər hazırdır.
Bunu Qaynarinfo-ya açıqlamasında partiyanın Ali Məclisinin sədri Zəlimxan Məmmədli deyib. O bildirib ki, Ədliyyə Nazirliyi ilə partiyanın münasibətlərini mövcud qanunvericilik tənzimləyir:
"Qanunun tələblərinə uyğun olaraq partiyanın müvafiq strukturları deyilən anda sənədləri quruma təqdim edəcəklər. Partiyada üzvlərin siyahısı ilə bağlı problem yoxdur”.
Bahar Rüstəmli
Şərhlər