"Biz HƏP olaraq zaman-zaman bəyan etmişik ki, digər partiyalarla əməkdaşlıq üçün qapılarımız açıqdır. Təşəbbüslər olarsa, dəyərləndirməkdə maraqlıyıq”.
Bunu Qaynarinfo-ya açıqlamasında Haqq Ədalət Partiyasının (HƏP) Ali Məclisinin sədri Zəlimxan Məmmədli "HƏP müxalifətin əsas partiyasına çevirilirmi” sualına aydınlıq gətirərkən deyib.
O, hər bir qərarın millətin xeyrinə olacağını vurğulayb: "Əməkdaşlıq haqda müəyyən təşəbbüslər var. Real nəticələr olacağı təqdirdə cəmiyyəti hökmən məlumatlandıracağıq. HƏP quruculuq işləri ilə məşğuldur. Azərbaycanı idarə etməyə hazır olan bir partiya qurmaq niyyətindəyik. İşlərimiz normal gedir. HƏP intelektual partiyadır və iddiamız da bu istiqamətdədir”.
Zəlimxan Məmmədli deyib ki, əgər HƏP-ə gələcəkdə müraciətlər olarsa, ona partiyanın rəhbər orqanlarında baxılıb, milli maraqlarımıza uyğun qərarlar veriləcək.
Qeyd edək ki, Əli İnsanovun partiyasının üzvlərinin sayını artırmaqla yanaşı, yeni qanunun tələblərinə cavab verməyən partiyalara elçi göndərərək, onları HƏP-ə birləşməyə dəvət edib. Sabiq nazirin birləşmək təklifində partiya sədrlərinə HƏP-in rəhbərliyində təmsilçilik məsələsi də yer alıb.
Bildirilir ki, artıq bəzi partiyalar İnsanovun təklifi ilə razılaşıb. Bu sırada Azərbaycan Naminə Alyans Partiyasının (ANAP) da adı çəkilir. Məlumat üçün deyək ki, bir müddət əvvəl ANAP sədri Abutalıb Səmədov partiyanın fəaliyyətinin dayandırdığını bəyan edib.
İddiaya görə, Əli İnsanovun partiyası ətrafında birləşmə prosesi bitdikdən sonra HƏP YAP-a alternativ siyasi təşkilat kimi qələmə veriləcək.
Bahar Rüstəmli
Şərhlər