İngiltərə Meteorologiya Agentliyi (Met Office) ölkədə bu ilin ən yüksək temperatur göstəricilərinin dünən 32,2 dərəcə ilə qeydə alındığını bildirib.
Qaynarinfo qurumun məlumatına istinadən xəbər verir ki, İngiltərənin cənub-şərqindəki Surrey bölgəsindəki Kristidə iyunun 10-da temperatur 32,2 dərəcəyə çatıb. Bu temperatur ilin ən yüksək göstəricisi kimi qeydə alınıb.
Şotlandiyada ilin temperatur rekordu Auxinçruive bölgəsində 29,8 dərəcə, Şimali İrlandiyanın Armaq şəhərində isə 25,3 dərəcə ilə yenilənib.
Böyük Britaniyada indiyə qədər qeydə alınan ən yüksək temperatur 19 iyul 2022-ci ildə 40,3 dərəcə olub.
Aydın
Şərhlər