Xəbər lenti

İngiltərə nəhəngi tənqidçi media nümayəndələrini mətbuat konfransına buraxmadı
İdman 11:25 06.12.2023

İngiltərə nəhəngi tənqidçi media nümayəndələrini mətbuat konfransına buraxmadı

"Mançester Yunayted" bəzi jurnalistləri baş məşqçi Erik ten Haq haqqında tənqidi yazılarına görə "Çelsi" ilə matçdan öncə baş tutan mətbuat konfransına buraxmayıb.

Qaynarinfo-nun məlumatına görə, oyundan öncə keçirilən mətbuat konfransında "Sky Sports", "Daily Mirror", ESPN və MEN-in müxbirləri iştirak edə bilməyib. 

Bunu klub özü də təsdiqləyib və bəzi xəbər təşkilatlarına qarşı tədbir görülməsi ilə əlaqədar rəsmi açıqlama verib. Açıqlamada onlara yayılan xəbərlərə etiraz haqqı verilmədiyi üçün belə addım atıldığı bildirilib. 

Qərarın kommunikasiya direktoru Endryu Uord tərəfindən verildiyi iddia edilsə də, qadağanın yalnız sözügedən mətbuat konfransını əhatə edib-etmədiyi məlum deyil. Son xəbərlərdə "Mançester Yunayted"in futbolçularının pis nəticələrdən sonra baş məşqçi Ten Haqa inamını itirdiyi iddia edilmişdi.

"Mançester Yunayted" Premyer Liqada keçirdiyi 14 matçdan altısında məğlub olub və 24 xalla yeddinci pillədə qərarlaşıb. Bundan əlavə Çempionlar Liqasında "Qalatasaray", "Kopenhagen" və "Bavariya" ilə birlikdə yer aldığı A qrupunda bir xalla  sonuncu yerdədir. 

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->