Xəbər lenti

İnfarkt keçirən gənc basketbolçu meydanlara döndü
İdman 22:35 11.12.2023

İnfarkt keçirən gənc basketbolçu meydanlara döndü

Amerika Basketbol Liqasının (NBA) komandalarından olan "Los Angeles Lakers”in ulduz futbolçusu Lebron Ceymsin oğlu Bronni ilk matçına çıxıb.

Qaynarinfo-nun məlumatına görə, Cənubi Kaliforniya Universitetində oynayan 19 yaşlı Bronni James, komandasının əlavə vaxtın sonunda "Long Beach State"ə 84-79 uduzduğu matçın sonuna yaxın çıxıb. O meydanda olduğu 16 dəqiqə ərzində 4 xal, 3 ribaund və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Matçdan sonra sosial media hesabında hisslərini paylaşan Ceyms "Oğlum, səninlə fəxr edirəm. Bu gün mənə böyük hədiyyə verdin. Hisslərimi ifadə etmək mümkün deyil. Xoşbəxtlikdən tükəndim. Bronni, sən sadəcə heyrətamizsən" - ifadələrinə yer verib.

Sierra Canyon Liseyini müvəffəqiyyətlə bitirdikdən sonra Cənubi Kaliforniya Universitetinin basketbol komandasına qatılan Bronni, iyul ayında məşq zamanı infarkt keçirmiş və bir müddət xəstəxanada müalicə olunduqdan sonra evə buraxılımışdı. Doğuş zamanı ürəyində "anadangəlmə qüsur" diaqnozu qoyulan Bronni ayın əvvəlində yenidən məşqlərə başlayıb.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->