Xəbər lenti

İdman 14:34 03.04.2023

"İmişli" 9-cu bəndi pozduğuna görə cəzalandı

AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib.

Qaynarinfo-nun məlumatına görə, iclasda Birinci Divizionun 22-ci turu çərçivəsində yol verilən qayda pozuntuları ilə bağlı qərarlar açıqlanıb.

"Zirə-2” – MOİK oyununda "Zirə-2” komandasının 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə komanda 80 manat cərimə olunur (maddə 39).

"Sumqayıt-2” – "Mingəçevir” oyununda "Mingəçevir” klubunun 95 nömrəli futbolçusu Elvin Əlizadə rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığından 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 47.1).

"Şamaxı-2” – "Səbail-2” oyununda xərəkdaşıyan uşaqların yaşı əsasnamənin tələblərinə uyğun olmadığına görə "Şamaxı-2” komandası 80 manat cərimə olunur (maddə 64.1).

"İmişli” – "Neftçi-2” oyununda "İmişli” klubunun 14 nömrəli futbolçusu Elnur Məmmədov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığına görə 1 oyun cəzalanır, klub 20 manat cərimə edilir (maddə 47.1).

"İmişli” – "Neftçi-2” oyununda PFL əsasnaməsinin 9-cu bəndi pozulduğuna görə "İmişli” klubu 80 manat cərimə edilir (maddə 60).

"Kəpəz-2” – "Qaradağ Lökbatan” oyununda "Kəpəz-2” komandası 5 sarı vərəqə ilə cəzalandığına görə 80 manat cərimə edilir (maddə 39).

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->