Xəbər lenti

Şimali İrlandiya hökuməti iki illik fasilədən sonra fəaliyyətini bərpa edəcək
Dünya 21:40 03.02.2024

Şimali İrlandiya hökuməti iki illik fasilədən sonra fəaliyyətini bərpa edəcək

Şimali İrlandiyanın səlahiyyətlərindən məhrum edilmiş hökuməti Demokratik Birlik Partiyasının (DUP) spiker seçmək və icra hakimiyyətinə nazirlər təyin etmək məqsədilə iki illik boykotundan sonra, regionda siyasəti iflic edən çıxılmaz vəziyyətə son qoymaq üçün fevralın 3-də toplanacaq. 

Qaynarinfo xəbər verir ki, bu barədə Britaniyanın "Guardian" qəzeti yazıb.

Qəzet yazır ki, Şimali İrlandiya hökuməti iki illik boykotdan sonra şənbə günü yenidən toplaşmalıdır.

Qeyd edilir ki, Demokratik Birlik Partiyası 2022-ci il fevralın 3-də Stormontu (parlament) tərk edərək "regionun Böyük Britaniyadakı yerini sarsıdan" "Brexit" sonrası ticarət razılaşmalarına etiraz edib. Xüsusən də Britaniyanın Avropa İttifaqı ilə imzaladığı müqaviləyə əsasən Britaniya mallarının yoxlanılmasını nəzərdə tutan ticarət şərtləri partiyanın xoşuna gəlməyib.

Bundan əvvəl Böyük Britaniyadan ayrılmağı və İrlandiya ilə birləşməyi müdafiə edən millətçi Sinn Fein Partiyası ilk dəfə Şimali İrlandiyada yerli idarəetmədə çoxluq əldə edib.

Aydın


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->